RU

Bankçılığın gələcəyi süni intellekt və verilənlər üzərində qurulacaq

"Bank sektorunda strateji və müştəri gözləntiləri sürətlə dəyişir. Bankçılıq mahiyyət etibarilə vasitəçilik fəaliyyəti olsa da, texnologiyaların inkişafı bu sahəni tamamilə yeni mərhələyə aparır".

Teleqraf xəbər verir ki, bunu Türkiyə Banklar Assosiasiyasının İdarə Heyətinin sədri Alpaslan Cakar bu gün Bakıda keçirilən 9-cuBeynəlxalq Bankçılıq Forumunda deyib.

O bildirib ki, bankçılıq əvvəlcə klassik korporativ model üzərində qurulsa da, 1970–80-ci illərdə kompüterlərin, 2000-ci illərdə isə rəqəmsallaşmanın yayılması sektorda yeni mexanizmlər yaradıb:

"Hazırda isə rəqəmsal dönüşüm yeni mərhələyə keçir. Əsas məsələ müştərinin davranışını, gözləntilərini düzgün anlamaq və idarə etməkdir. Müştəri artıq banka gəlmək istəmir. Onun ehtiyacları əvvəlcədən analiz olunmalı, xidmət isə adi həyat axınına görünməz şəkildə inteqrasiya edilməlidir".

Obildirib ki, bəzi ölkələrdə maliyyə xidmətlərinin böyük qismi artıq banklardan kənar platformalar vasitəsilə həyata keçirilir və bu tendensiya güclənməkdədir. Süni intellekt qaçınılmazdır. Dünya buna hələ də tam hazır deyil, amma onun gələcəyi dəyişdirəcəyi dəqiqdir. Bankçılığın yaxın illərdəki əsas yanacağı verilənlər olacaq. Məlumatın idarəedilməsi isə süni intellekt tərəfindən təmin olunacaq. Banklar arasındakı əsas fərqi də məhz bu texnologiyadan təhlükəsiz və effektiv şəkildə istifadə edənlər müəyyən edəcək.

Избранный
14
1
teleqraf.com

2Источники