RU

Maduro ABŞ-yə istefasını TƏKLİF ETDİ

Maduro ABŞ-yə istefa təklifi verib.

İnterpress.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Venesuela prezidenti Nikolas Maduro ABŞ ilə aparılan qeyri-rəsmi danışıqlarda iki-üç illik keçid dövrü ərzində vəzifədən getməyə hazır olduğunu bildirib.

Mənbələrin sözlərinə görə, Maduro bu planı Vaşinqtona şəxsi kanallar vasitəsilə təqdim edib.

Lakin Ağ Ev təklifi qəbul etməyib və onun dərhal istefa verməsini tələb edib.

ABŞ tərəfi hesab edir ki, Maduro hakimiyyətdə qaldığı müddətdə heç bir siyasi dəyişiklik mümkün olmayacaq.

Danışıqların təfərrüatları açıqlanmır, lakin məsələ regionda ciddi rezonans doğurub.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
19
50
interpress.az

10Источники