RU

"Ağ Ev Venesuela prezidentinin dərhal istefasına nail olmağa çalışır"

"Ağ Evin rəhbəri Donald Tramp Venesuela prezidenti Nikolas Maduro ilə yeni, qeyri-rəsmi danışıqlar raundunu təsdiqləyib. Bu danışıqlarda Vaşinqtona Venesuela neftinə çıxış verilməsi məsələsi müzakirə olunur". 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər veirr ki, bu barədə "The New York Times" mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Maduro ABŞ enerji şirkətlərinə Venesuelanın neft resurslarına çıxış verməyə hazır olduğunu bildirib. 

Qəzetin yazdığına görə, Ağ Ev Venesuela prezidentinin dərhal istefasına nail olmağa çalışır.

Qeyd olunub ki, Tramp Venesuelaya qarşı əlavə təzyiq tədbirlərini və daha genişmiqyaslı hərbi kampaniyaya hazırlıq çərçivəsində Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) gizli əməliyyatlar həyata keçirməsi planlarını da təsdiqləyib. 

Gizli əməliyyatların xarakteri açıqlanmır, lakin nəşr ehtimal edir ki, onlar diversiya, kiber əməliyyatlar, psixoloji və ya informasiya təsiri kimi fəaliyyətləri əhatə edə bilər.

Mənbələr bildiriblər ki, ABŞ prezidenti həm Venesuela neftinə daha geniş çıxış əldə etmək və Maduronun könüllü şəkildə istefa verməsinə imkan yaratmaq üçün münaqişənin diplomatik yolla həllinə razı ola, həm də onun zorakı üsullarla devrilməsi barədə əmr verə bilər.

Qeyd edək ki, Vaşinqton Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığı ilə kifayət qədər fəal mübarizə aparmamaqda ittiham edir.

Избранный
12
1
operativmm.az

2Источники