RU

“AZERRAIL” klubu bu gün 1/32 final mərhələsinin cavab oyununa çıxacaq

ain.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

CEV Kubokunda mübarizə aparan kişi voleybolçulardan ibarət “AZERRAIL” klubu bu gün 1/32 final mərhələsinin cavab oyununa çıxacaq. SİA-nın verdiyi məlumata görə, təmsilçimiz Niderlandda “Orion Stars” komandasının qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, Bakıda keçirilən ilk görüşdə “Orion Stars” 3:1 hesabı ilə qalib gəlib.

CEV Volleyball Cup - 1/32 final

Cavab oyunu

19.11.2025

23:00. “Orion Stars” - “ AZERRAIL”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
1
sia.az

3Источники