
Yaponiyanın paytaxtı Tokio dünyanın ən varlı şəhəri elan edilib.
Reyting.az xəbər verir ki, "CEOWORLD Magazine" nəşrinin araşdırmasına görə, 2025-ci ildə Yaponiya paytaxtının ümumi daxili məhsulu (ÜDM) 2,55 trilyon dollara çatıb.
Siyahıda ikinci yeri 2,49 trilyon dollarlıq ÜDM ilə ABŞ-ın Nyu-York şəhəri, üçüncü yeriə isə 1,62 trilyon dollarlıq göstərici ilə Los-Anceles şəhəri tutur.
Siyahıya ümumilikdə 300 meqapolis daxil edilib. İlk onluqda Tokio, Nyu-York və Los-Anceleslə yanaşı London, Seul, Paris, Çikaqo, Osako, San-Fransisko və Şanxay yer alıb.
Yeni statistika 2025-ci ilin nəticələri və Asiyanın qlobal iqtisadiyyatda artan üstünlüyünü əks etdirir.
Məlum olub ki, dünyanın ən böyük 10 şəhəri birlikdə dünya ÜDM-nin təxminən üçdə birini formalaşdıra bilib.
Oqtay QORÇU