RU

7 milyardlıq savaş: Abramoviç Cersi hakimiyyətini saxta istintaqda ittiham edir

Milyarder Roman Abramoviç Britaniya Kraliyətinin ərazisi sayılan Cersi adasının hakimiyyətini ona qarşı sui-qəsd qurmaqda ittiham edib

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Abramoviç artıq üç ildən çoxdur ki, yerli orqanların onun barəsində apardığı qapalı cinayət işinin detalları açıqlanması üçün məhkəməyə müraciət edib.

Bu məhkəmə Cersidə aparılan araşdırma korrupsiya məsələsi, həmçinin Abramoviçin Rusiyanın özəlləşdirmə dövründə əldə etdiyi sərvətin mənşəyi ilə bağlıdır. 2022-ci ildə ada hakimiyyəti iş adamına bağlı 7 milyard dollardan çox aktivləri dondurmuş və onu cinayət işi üzrə fiqurant elan etmişdi.

Britaniya KİV-lərinin məlumatına görə, araşdırma çərçivəsində yerli rəsmilər Abramoviçin vəkillərinə şəxsi yazışmaları və elektron məlumatları təqdim etməli idilər, lakin nəinki bunu etməyiblər, hətta  həmin məlumatların bir hissəsini siliblər. Ötən həftə Cersinin Kral Məhkəməsinin hakimi Devid Maykl Keydin Abramoviçin tərəfini tutaraq hakimiyyətin davranışını “qeyri-adi”, “əsassız” adlandırıb və onları milyarderin xərclərini ödəməyə məcbur edib.

2022-ci ilin noyabrında Cersi polisi orderin qanunsuz əldə edildiyini qəbul etmiş və onun ləğv olunmalı olduğunu bildirmişdi. Hüquq-mühafizə orqanları həmçinin dəymiş ziyana görə kompensasiyanın ödənilməsinə və rəsmi üzr istəməyə razılaşmışdılar.

Musavat.com

 

Избранный
61
musavat.com

1Источники