RU

Azərbaycan Bayrağı ikinci dəfə ölçüsü ilə rekord qırdı FOTOLAR VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət Bayrağı Meydanında ucaldılan Azərbaycan Respublikasının Dövlət Bayrağının ölçüləri yenidən müəyyən olunaraq yeni rekord kimi təsdiqlənib. Avtosfer.az-ın məlumatına görə, Ginnesin Rekordlar Kitabının münsifi və beynəlxalq ekspertlər tərəfindən aparılan ölçmə işlərinin nəticələrinə əsasən, Meydandakı Azərbaycan bayrağı Ginnesin Rekordlar Kitabında eni 40 metr, uzunluğu isə 80 metr olaraq qeydə alınıb. 2024-cü ilin noyabrında bu göstəricilər müvafiq olaraq 36 metr və 72 metr kimi təsdiqlənmişdi. Qeyd edək ki, bayraq dirəyinin hündürlüyü 201.19 metr, dirəyin pyedestal üzərindəki diametri 5.7 metr, çəkisi isə təxminən 1 500 ton təşkil edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
116
19
avtosfer.az

10Источники