RU

Ortaq türk əlifbası ilə yeni nəşrlər

Noyabrın 19-da Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı və Türk Akademiyası tərəfindən ortaq türk əlifbası ilə nəşr olunmuş iki kitabın - Abay Kunanbayevin “Qara sözlər” və Çingiz Aytmatovun “Cəmilə” əsərlərinin təqdimat mərasimi keçirilib.

TÜRKSOY-un Baş katibi Sultan Raev iştirakçılara müraciətində kitabların təqdimatını Türk dünyası üçün ortaq gələcək konsepsiyasının reallaşdırılması istiqamətində mühüm addım adlandırıb.

Türk Akademiyasının prezidenti Şahin Mustafayev, öz növbəsində, 34 hərfdən ibarət ortaq türk əlifbasının qəbul edilməsinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, türk dövlətlərindən olan siyasətçilər və alimlər illərdir türk xalqlarını bir-birinə daha da yaxınlaşdıran tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm bir addım olaraq ortaq, türk əlifbası üzərində razılığa gəlməyin zəruriliyini dəfələrlə vurğulayıblar.

Təqdimat panel müzakirələri ilə davam edib.

XQ

Избранный
13
3
xalqqazeti.az

4Источники