Avstraliya Baş naziri Anthony Albanese Birləşmiş Millətlər Təşkilatının İqlim Sammitinin 2026-cı ildə Türkiyədə keçiriləcəyini açıqlayıb.aia.az xəbər verir ki, Albanese sammitin Türkiyədə keçiriləcəyini, lakin hökumətlərarası danışıqlara Avstraliyanın sədrlik edəcəyini bildirib."Bizim əldə etdiyimiz missiya həm Avstraliya, həm də Türkiyə üçün böyük bir qələbədir", - deyə Albanese qeyd edib.Qeyd olunur ki, sammit Antalyada keçirilə bilər. Bildirək ki, Avstraliya 31-ci Tərəflər Konfransına və ya COP31-ə ev sahibliyi etmək üçün Türkiyə ilə rəqabət aparırdı.aia.az