RU

2026-ci il Dövlət Büdcəsini həm də strateji sənəd kimi qəbul etmək olar - Deputat

Yazını böyüt
Yazını kiçilt

“Son 5 ildə əldə olunan nəticələr onu göstərir ki, Azərbaycan nəinki öz ərazi bütövlüyünü və suveren hüquqlarını təmin etdi. Eyni zamanda, güclü iqtisadi əsaslar, yeni siyasi reallıqlar yaratdı. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı islahatlar davam edir. İqtisadiyyatımız şaxələnir və getdikcə daha da güclənəcəkdir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisisn bugünkü iclasında 2026-cı il Dövlət büdcəsi haqqında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışı zamanı bildirib.

Deputat vurğulayıb ki, iqtisadiyyatımızın, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət var. Onun sözlərinə görə, hazırkı geosiyasi proseslər fonunda təhlükəsizlik, xüsusi ilə kiber təhlükəsizlik, enerji təhlükəsizliyi, eləcə də süni intellekt məsələləri daha da aktuallaşır:

"Digər tərəfdən, qlobal və regional iqtisadi reallıqlar milli iqtisadiyyatımıza da təsir etməkdədir. Buna görə də biz deyə bilərik ki, 2026-cı ilin dövlət büdcəsi həm də gələcək illər üzrə sosial və iqtisadi inkişaf Konsepsiyasını əhatə edir. Dövlət büdcəsi adətən dövlət gəlirlərinin və xərclərinin illik bölgüsüdür. Bu, dövlət qurumları üçün ölkədə proaktiv iqtisadi siyasəti həyata keçirmək üçün ən vacib resursdur.

Qanun layihəsində Dövlət büdcəsi xərclərinin Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunluğu, dayanıqlı pensiya təminatı sisteminin formalaşması ilə bağlı çağırışlar, mövcud demoqrafik proseslər və bununla bağlı gələcək proqnozlar, iqlim dəyişikliklərinin dövlət xərclərinə və gəlir dayanıqlığına təsiri kimi məsələlərin təhlil edilməsi və qarşıda dayanan vəzifələrin qeyd olunması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan 2026-ci il Dövlət Büdcəsini həm də strateji sənəd kimi qəbul etmək olar”.

Tahirə Qafarlı

Избранный
68
hafta.az

1Источники