İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan–ABŞ iqtisadi əməkdaşlığının mövcud vəziyyəti, prioritet tərəfdaşlıq istiqamətləri müzakirə olunub. Nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində əməkdaşlığın regional inkişafa töfhə verəcəyi vurğulanıb.
Tərəflər iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, enerji və qeyri-neft sektorlarında tərəfdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.