RU

Böcək ailəsi 6 dəqiqə bağlı qapılar arxasında qalıb - ANBAAN VİDEO

Türkiyənin İstanbul şəhərində baş verən və 4 nəfərlik Böcek ailəsinin ölümü ilə nəticələnən hadisə ilə bağlı araşdırma davam edir. Yeni əldə edilən kamera görüntüləri ailənin zəhərlənmə baş verdiyi gecə müəyyən müddət oteldə kilidli vəziyyətdə qaldığını göstərir.

Day.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq çərçivəsində ifadəsi alınan otel əməkdaşı otağın qapısını kilidləyərək yaxınlıqdakı kababçıya yemək yeməyə getdiyini bildirib.

Onun sözlərinə görə, qapını kilidləməkdə məqsədi otelə kənar şəxslərin daxil olmasının qarşısını almaq olub. Əməkdaş yeməyi otelin yanındakı bağçada yediyini və təxminən 15-20 dəqiqə sonra geri qayıtdıqda otelin qarşısında ambulans gördüyünü deyib.

Görüntülərdə ata Servet Böcekin bağlı qapını açmağa çalışdığı əks olunub.

Məlumata görə, ailə təxminən 6 dəqiqə kilidli vəziyyətdə qalıb. Bu vaxt otelin qarşısına ambulans gəlib, lakin görüntülərdə heç bir otel əməkdaşının hadisə yerində olmadığı diqqət çəkib.

Sonrakı kadrlarda Servet Böcekin övladını qucağında saxlayaraq qapıya yaxınlaşdığı, lakin qapı kilidli olduğu üçün çölə çıxa bilmədiyi, daha sonra isə qapını sındırmağa çalışdığı görünür.

4 nəfərlik Böcek ailəsi Almaniyadan İstanbula istirahətə gəlmişdi. Ailənin bütün üzvləri həyatını itirib. Hadisə ilə bağlı ümumilikdə 8 nəfər saxlanılıb.

Hələ ki, zəhərlənmənin nədən baş verdiyi bilinmir. Amma ilkin ehtimallar var. Bildirilir ki, onlar midye yeyiblər. Digər iddialara görə, ailə otelə gəlməmişdən əvvəl binanın girişi zərərvericilərə qarşı dezinfeksiya olunub. Ailənin zərərvericilərə qarşı hazırlanan maddədən zəhərləndiyi də iddia olunur. 

  • Böcək
  • Böcək
Избранный
79
day.az

1Источники