RU

Dünya kriptovalyuta bazarı bir ayda $1 trilyon itirib

Son həftələrdə bitkoinin məzənnəsinin enməsi nəticəsində 10 oktyabrdan bəri qlobal kriptovalyuta bazarının kapitallaşması 1,1 trilyon dollar azalaraq 3,2 trilyon dollara düşüb. Bu dövrdə bazar orta hesabla gündə 27 milyard dollar itirib.

19 noyabrda bitkoin yenidən növbəti psixoloji səviyyədən — 90 min dollardan aşağı düşərək 88,5 min dollara çatıb. “Bloomberg”in sorğusuna cavab verən ekspertlər yaxın vaxtlarda bitkoinin 85 min və 80 min dollarlıq yeni psixoloji səviyyələri də test edə biləcəyini istisna etmirlər.

Oktyabrın əvvəlində 126 min dollarlıq zirvəyə çatdıqdan sonra bitkoin sürətlə mövqelərini itirməyə başlayıb. Analitiklər bu dinamikanı ABŞ Federal Ehtiyat Sisteminin (SEC) uçot dərəcələrinin azaldılması prosesini dayandıracağı gözləntisi, eləcə də bir sıra iri kriptoinvestorların əldə etdikləri gəliri fiksasiya etmək istəyi ilə izah edirlər.

Избранный
24
banker.az

1Источники