“Müəllimlərin əmək haqqlarını artırmağın bir yolu onların dərs saatlarını artırmaqdır.
Biz 20 min nəfərə yaxın müəllimi tam ştata keçirməyi düşünürük. Yəni əgər müəllim tam ştatı seçirsə, onun əməkhaqqı 2 dəfədən çox ola bilər”.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "İTV"də yayımlanan "Diqqət Mərkəzi" proqramında deyib.
Nazir qeyd edib ki, bununla təhsil sistemində köklü dəyişikliklərin əsası qoyula bilər:
“Əgər müəllim 2 dəfə sertifikasiyada yüksək nəticə göstəribsə, tam ştatlı müəllim kimi fəaliyyət göstərirsə, artıq 3-cü dəfə sertifikasiya imtahanına çağırılmır”.
Daha ətraflı süjetdə:
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта