RU

Zelenski ABŞ-dan müharibənin həllinə dair PLAN LAYİHƏSİNİ ALIB

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dan RusiyaUkrayna müharibəsinin sülh yolu ilə başa çatdırılmasına dair saziş layihəsini alıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna liderinin Ofisi "Telegram" kanalında bəyan edib.

 

"Ukrayna Prezidenti rəsmi olaraq ABŞ tərəfindən diplomatiyanı aktivləşdirə biləcək plan layihəsini alıb", – deyə məlumatda qeyd olunub.

 

Zelenskinin ofisi vurğulayıb ki, Ukrayna tərəfi ABŞ tərəfdaşları, eləcə də Avropa və digər beynəlxalq iştirakçılarla konstruktiv işləməyə hazır olduğunu təsdiqləyib.

 

"Ukrayna Prezidenti yaxın günlərdə ABŞ Prezidenti Donald Tramp ilə diplomatik imkanları və sülhün əldə olunması üçün əsas şərtləri müzakirə etməyi planlaşdırır", – məlumatda qeyd olunub.

Избранный
12
8
senzor.az

10Источники