RU

"Yeni Klinika"nın qarşısındakı izdihamla bağlı AÇIQLAMA

"Sosial mediada Yeni Klinikanın qarşısında növbə sıxlığı ilə bağlı yayılan görüntülərlə əlaqədar olaraq bildiririk ki, tibb müəssisəsində tətbiq olunan sistemlərdə hər hansı texniki nasazlıq qeydə alınmayıb".

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq "Yeni Klinika"nın mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, klinikada həkim qəbulları saat 09:00-da başlayır. Növbə sıxlığının qarşısını almaq məqsədilə qeydiyyat prosesi saat 08:00-dan etibarən həyata keçirilir.

Görüntülərdə əks olunan vətəndaşlar qeydiyyatın başlanmasını gözləmək üçün Klinikanın qarşısına erkən saatlarda gələn şəxslərdir.

Qeyd etdiyimiz kimi, Klinikanın qapıları saat 08:00-da açılır və vətəndaşlar növbəli şəkildə içəri daxil olurlar.

Xatırladaq ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada həm canlı, həm də onlayn növbə sistemi tətbiq olunur.

Vətəndaşlar "E-tabib" mobil tətbiqini yükləyib qeydiyyatdan keçdikdən sonra seçdikləri həkim-mütəxəssis üçün onlayn növbə (randevu) əldə edə bilirlər.

Yeni Klinika pasiyentlərə daha rahat və çevik xidmət göstərilməsi üçün bütün prosesləri nəzarətdə saxlayır.

***10:20

TƏBİB-in tabeliyində olan "Yeni Klinika"da növbə problemi yaranıb.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Yaranmış sıxlıqdan görünür ki, klinikanın cəmi bir qapısı açıqdır ki, burada da uzun sıxlıq və izdiham yaranıb. Qarışıqlığa nəyin səbəb olduğu bilinmir.

Məsələ ilə əlaqədar Yeni Klinikanın mətbuat xidmətinə sorğu ünvanladıq. Məlumat veriləcəyi təqdirdə xəbər yenilənəcək.

Banu Hüseynli

Избранный
165
43
far.az

10Источники