RU

Misirli jurnalist: D-8-in Media Mükəmməllik Mərkəzi qlobal informasiya axınını tarazlaşdıracaq

D-8 çərçivəsində Media Mükəmməllik Mərkəzinin yaradılması istiqamətində atılan addımları alqışlayıram.

APA xəbər verir ki, bunu D-8 Media Forumu çərçivəsində keçirilən “Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya” mövzusuna həsr olunmuş panel sessiyasında Misirin “Al-Ahram Weekly&Al-Ahram Online” portallarının redaktoru Ezzat İbrahim deyib.

O, bu mərkəzin dünyanın informasiya axınını idarə edən ən ənənəvi mərkəzlərə qarşı tarazlaşdırıcı rol oynaya biləcəyini qeyd edib:

“Əsas məsələ ondan ibarətdir ki, köhnə media ekosistemində qərarvermə gücü hələ də bir neçə mərkəzdə cəmlənib və bu mərkəzlər dünyaya informasiya axınını idarə edir. Qərb tərəfindən idarə olunan ənənəvi media strukturu ilə süni intellekt sənayesi arasında əməkdaşlıq güclənir və bu, mövcud informasiya düzənini möhkəmləndirir. Lakin hələlik bu sistemi tarazlaşdıra biləcək institusional çərçivə və ya etibarlı mexanizm mövcud deyil”.

Ezzat İbrahim D-8-ə üzv ölkələrin özlərinin informasiya strukturlarını vaxtında yeniləyə bilmədikləri halda hədəfə çevriləcəklərini qeyd edib: “Bu halda özümüz informasiya mühitini idarə etmək əvəzinə manipulyasiyanın hədəfinə çevrilə bilərik”.

Избранный
77
apa.az

1Источники