RU

Azərbaycan futbolunda kuryoz hadisə - Futbolçu meydandan çıxmadı

BAKI, 21 noyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının XII turunda baş tutan “Karvan-Yevlax” – “Kəpəz” matçında maraqlı hadisə yaşanıb.

Teleqraf-ın məlumatına görə, insident Yevlax şəhər stadionunda keçirilən oyunun 26-cı dəqiqəsində baş verib.
Meydan sahiblərinin baş məşqçisi Azər Həşimov Vüsal Məsimovu Əli Abdullayevlə əvəzləmək istəsə də, futbolçu meydanı tərk etməyib.

Komanda yoldaşları Məsimovu razı salmağa çalışsalar da, o, qəti şəkildə əvəzlənməkdən imtina edib.

Baş hakim Rauf Cabarov əvəzlənmə baş tutmadığı üçün oyunu davam etdirib.

Qeyd edək ki, hazırda davam edən qarşılaşmada hesab 1:1-dir.

Избранный
138
1
teleqraf.com

10Источники