Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliyində “Dubai Air Show” aviaşousundaHindistana hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi qəzayauğrayıb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
“HAL Tejas” qırıcısı yerli vaxtla saat 14:10-da nümayişxarakterli uçuş zamanı tamaşaçıların gözü qarşısında yerəçırpılaraq partlayıb.
Pilotun vəziyyəti barədə məlumat verilməyib.