RU

Azərbaycanlı iş adamının klubunda futbolçular maaş probleminə görə ayrılır

BAKI, 21 noyabr. TELEQRAF

Rusiya müdafiəçisi Dmitri Tixiy Türkiyənin “Serik Belediyespor” klubu ilə müqaviləsini pozub.

Teleqraf xəbər verir ki, 33 yaşlı futbolçunun komandadan ayrılmasının əsas səbəbi maaşların ödənilməməsi olub.

Türkiyənin ikinci liqasında çıxış edən Tixiy bu mövsüm yeddi matçda oynayıb və məhsuldar göstərici ilə yadda qalmayıb.

Qeyd edək ki, “Serik Belediyespor”un prezidenti azərbaycanlı iş adamı Tufan Sadıqovdur. Klubun formasını geyinən azərbaycanlı futbolçu Sertan Taşkın da saytımıza müsahibəsində maaşların ödənilməsi ilə bağlı problemlər olduğunu bildirmişdi.

Избранный
17
teleqraf.com

1Источники