RU

Qırıcı təyyarə insanların gözü qarşısında qəzaya uğradı – ŞOK VİDEO

Hindistan qırıcı təyyarəsi Dubay Hava Sərgisində tamaşaçıların gözü qarşısında qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, Dubayda keçirilən hava şousu zamanı qəzaya uğrayan Hindistanın “HAL Tejas” qırıcı təyyarəsinin pilotu həlak olub. Hindistan Hərbi Hava Qüvvələrinin mətbuat xidməti bu barədə sosial mediada məlumat verib.

Agentliyin məlumatına görə, təyyarə nümayiş uçuşu zamanı qəzaya uğrayıb, daha sonra hadisə yerində böyük yanğın baş verib.

Xilasetmə xidmətləri tez bir zamanda tamaşaçıları təxliyə etməyə başlayıb. Qəzanın səbəbi araşdırılır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Избранный
62
1
konkret.az

2Источники