ABŞ-ın Ukraynada münaqişənin nizamlanması üzrə yeni sülh planını G20 sammiti çərçivəsində dünya liderləri, eləcə də Ukrayna prezidenti Vladimir Zelenski ilə müzakirə etmək niyyətindəyəm.
Publika.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bəyan edib.
"Biz bu vəziyyəti Avropa İttifaqının və dünya liderləri ilə G20 sammiti çərçivəsində müzakirə edəcəyik. Zelenski ilə də əlaqə saxlayacağam", - deyə o bildirib.
Fon der Lyayen qeyd edib ki, Avropa İttifaqı “Ukraynasız Ukrayna haqqında heç nə” prinsipinə sadiq qalmağa davam edəcək.
Öz növbəsində, Avropa Şurasının prezidenti Antonio Kosta etiraf edib ki, ABŞ-ın təklifləri barədə Avropa İttifaqına rəsmi məlumat verilməyib.