RU

AZAL səyahətləri daha rahat edir: minik talonlarını artıq “Apple Wallet” və “Google Wallet”də saxlamaq mümkündür

Bakı. Trend:

Azərbaycanın milli aviadaşıyıcısı AZAL qeydiyyat və uçuşa minikprosesini daha da sadələşdirən yeni rəqəmsal funksiyanı istifadəyəverib.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Trend-əverilən məlumata görə, bu yenilik sayəsində sərnişinlər miniktalonlarını “Apple Wallet” və “Google Wallet” mobil pulqabılarındasaxlaya bilərlər. Xidmət AZAL-ın mobil tətbiqi vasitəsilə aviabiletəldə edən bütün sərnişinlər üçün əlçatandır.

Onlayn qeydiyyatdan sonra sərnişinlər sadəcə elektron miniktalonunu pulqabına əlavə edə və internet bağlantısı olmadan onusmartfondan təqdim edə bilərlər. Bu həll uçuşa minik prosesinisürətləndirir, hava limanında nəzarət prosedurlarını daha rahatedir və sərnişinləri kağız sənədləri çap etmək zərurətindən azadedir.

Uçuşla bağlı bütün məlumatlar bir yerdə saxlanılır və səyahətboyu əlçatan olur. Bu, xüsusilə tranzit uçuşlar və rouminq zamanıistifadəçilər üçün əlverişli imkan yaradır.

Yeni funksiyanın istifadəyə verilməsi AZAL-ın rəqəmsalxidmətlərin inkişafı və səyahətləri daha komfortlu edəninnovasiyaların tətbiqi strategiyasının tərkib hissəsidir.Aviaşirkət gələcəkdə də sərnişinlər üçün müasir və rahat rəqəmsalhəllər təqdim etməyi davam etdirəcək.

Yeni funksiyanın istifadəsinə dair qısa video-təlimatla burada tanış ola bilərsiniz.

Избранный
8
23
az.trend.az

10Источники