RU

ABŞ rüsumları azaldacaq

Newscenter.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Birləşmiş Ştatlar Avropa İttifaqının bəzi məhsullarına, o cümlədən mal əti və sitrus meyvələrinə ticarət tariflərinin azaldılması məsələsini nəzərdən keçirməyə hazırdır. Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ABŞ Kənd Təsərrüfatı Nazirinin müavini Lyuk Lindberq məlumat verib.Məlumata görə, noyabrın 14-də ABŞ prezidenti Donald Tramp onlarla meyvə, tərəvəz, qoz-fındıq, qəhvə, çay və mal ətinin əvvəllər digər ölkələrin ixracına tətbiq edilən rüsumlardan azad edilməsi haqqında sərəncam imzalayıb. “The New York Times” qəzetinin yazdığına görə , Vaşinqton administrasiyası ABŞ-da ərzaq qiymətlərinin artması səbəbindən belə qərara gəlib.Avropa Komissiyası (AK) daha əvvəl Brüsselin ABŞ gömrük rüsumlarından azad etmək istədiyi məhsulların siyahısını ABŞ administrasiyasının rəsmiləri ilə bölüşmək niyyətində olduğunu açıqlamışdı. Siyahıya tibbi cihazlar, şərab, spirtli içkilər, pivə və makaron daxildir.Cavid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
23
newscenter.az

1Источники