RU

Tramp Ukraynaya noyabrın 27-nə qədərvaxt verdi – Zelenski xalqa müraciət etdi

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukrayna Vaşinqtonun təklif etdiyi sülh planına 27 noyabra qədər razılıq verməlidir.

Heftelik.az  xəbər verir ki, Donald Tramp bunu “Fox News” radiosuna müsahibəsində deyib:
“Məndə çox vaxt son tarixlər olur, amma proses yaxşı gedirsə, onları dəyişmək mümkündür. Biz hesab edirik ki, bu dəfə üçün ən uyğun tarix cümə axşamıdır”, – Ağ Ev rəhbəri vurğulayıb.

Donald Tramp yaxın vaxtlarda Rusiya əleyhinə “çox güclü” sanksiyalar tətbiq etməyi planlaşdırdığını və ölkənin neft sektoruna qoyulan məhdudiyyətlərin aradan qaldırılmayacağını bildirib.

Trampın sözlərinə görə, Rusiya Ukrayna ilə müharibəni davam etdirməkdə maraqlı deyil, lakin o iddia edib ki, Ukrayna Donbas ərazilərini qaçılmaz şəkildə itirəcək.

Bununla belə, ABŞ Prezidenti Moskvanın Baltik ölkələrinə hücum etmək niyyətində olmadığını vurğulayıb.

“Baltik dövlətlərinin narahat olmasına səbəb yoxdur, çünki Ukrayna münaqişəsi həll olunacaq”, – Donald  Tramp bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə xalqa müraciət edib. Zelenski 24 fevralda Ukraynaya xəyanət etmədiklərini, bundan sonra xəyanət etməyəcəklərini bildirib.

“Bilirəm ki, xalqım yanımdadır”, – Zelenski qeyd edib.

O, gələn həftə çətin və hadisəli olacağını bəyan edib: “Siz yetkin və məlumatlı bir xalqsınız. Bu müddət ərzində çox təzyiq olacaq. Düşmən yatmır”.

 

Избранный
124
30
heftelik.az

10Источники