RU

SEPAH ordunu hazır vəziyyətə gətirib: “Müharibə hər an başlaya bilər”

İran İsraillə 12 günlük müharibədən sonra ilk dəfə olaraq ordusunu yüksək hazırlıq vəziyyətinə gətirib.

Tribunainfo.az xəbər verir ki, bu barədə SEPAH rəsmisi, general Əli Naini açıqlama verib.

O bildirib ki, İsraillə İran arasında müharibə hər an başlaya bilır. “Hazırda döyüş hazırlığımız ən yüksək səviyyədədir”.

Qeyd edək ki, İranın XİN başçısı Abbas Ərqaçı da bu mövzuda danışıb. O bildirib ki, İran 12 günlük müharibədən sonra zəif tərəflərini müəyyən edərək, onları optimal vəziyyətə gətirib. “Biz təkcə özümüzün deyil, həmçinin İsrailin də zəif yerlərini müəyyən etmişik. Onların üzərində çalışmışıq. Müharibə başlayarsa, əvvəlkindən daha fərqli şeylər olacaq”.

İsrail tərəfi isə İrana hücum etmək fikrində olmadıqlarını bəyan edib. Rəsmi Təl Əviv daha ciddi işlərinin olduğunu iddia edib.

Fərda Uğur

Избранный
176
10
tribunainfo.az

10Источники