RU

Həkimdən xəbərdarlıq: Yanlış antibiotik qəbulu xəstəliyi ağırlaşdıra bilər

Rusiyalı infeksionist Yekaterina Boldıreva antibiotiklərin həkim nəzarəti olmadan qəbulu nəticəsində yarana biləcək fəsadlar haqqında danışıb.

Ölkə.az xəbər verir ki, o, bu təhlükələr haqqında "lenta.ru”ya danışıb.

Həkimin sözlərinə görə, antibiotikləri həkimlə məsləhətləşmədən qəbul edən insan təkcə infeksiyadan sağalmaya bilər, həm də onun ağırlaşmaları ilə üzləşə bilər. Nəzarətsiz və tez-tez antibiotik istifadəsinin digər bir təhlükəsi isə bakteriyaların bu dərmanlara qarşı davamlılıq qazanmasıdır, nəticədə antibiotiklər təsir etməyi dayandırır.

O əlavə edib ki, insanlar çox vaxt tibbi təhsili olmadığı halda özlərinə uyğun olmayan antibiotiklər təyin edirlər və ya onları ehtiyac olmadan qəbul edirlər. Bu halda müalicə qeyri-effektiv olur və belə vəziyyətdə dərmanların qəbulu dərhal dayandırılmalıdır. Amma düzgün təyin edilmiş antibiotik kursunu yarımçıq saxlamaq olmaz, çünki bu, xəstəliyin təkrarlanmasına səbəb olur.

Sonda həkim qeyd edib ki, antibiotiklərin probiotiklərlə birlikdə qəbulu barədə yayılan fikir tam doğru deyil. Standart antibiotik kursu zamanı insanların əksəriyyəti üçün sadəcə liflə zəngin düzgün qidalanma rejimi kifayət edir.

Həmidə İbrahimova

Избранный
97
1
olke.az

2Источники