Skott Maktominey yeni rekordun müəllifi olub. Şotlandiya yığmasının yarımmüdafiəçisi Danimarka ilə son matçda vurduğu qolla diqqəti cəlb edib.
"Football-plus.az" xəbər verir ki, DÇ-2026-nın seçmə oyununda akrobatik tullanışla hesabı açan futbolçu topa 253 santimetr hündürlükdə zərbə endirib. Bununla da o, Kriştiano Ronaldonun 2018-ci ildə müəyyənləşdirdiyi rekordu (238 sm) 15 santimetr geridə qoyub.
Qeyd edək ki, Şotlandiya yığması Danimarka üzərində 4:2 hesablı qələbə ilə 21-ci əsrdə ilk dəfə dünya çempionatının final mərhələsində iştirak hüququ qazanıb. Hazırda icarə əsasında “Napoli”də oynayan Maktomineyin müqavilə ilə “Mançester Yunayted”ə məxsus olduğunu da xatırladaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта