RU

“Əgər heç nə dəyişmirsə, bu suallar vermək nəyə lazımdır?”

“Turan Tovuz” Misli Premyer Liqasının 12-ci turunda səfərdə “Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə edib.

İdmanxeber.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra fikirlərini bölüşüb:

“İki fərqli hissə izlədik. İlk yarıda yaxşı oynamadıq. İkinci hissədə bir qədər yaxşı idik. Təəssüflər olsun ki, qələbə qazana bilmədik.

Tək mənə yox, digər məşqçilərə də hakimliklə bağlı sual verirsiz. Əgər heç nə dəyişmirsə, bu suallar vermək nəyə lazımdır?

Turnir cədvəlinə fikir vermirik. Oyundan-oyuna köklənirik”.

Избранный
16
1
idmanxeber.az

2Источники