RU

Bakıda hansı razılıqlar əldə edilib?

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin görüşü dövlətlərarası diplomatiyadan ictimai əsaslı sülhyaratmaya keçidi təmsil edir və iki ölkə arasında barışığın təşviqinə yönəlib.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə "X"də yazıb.

 

"Erməni vətəndaş cəmiyyəti üzvləri Azərbaycan-Ermənistan "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində Bakıya səfər ediblər. Bu hadisə ikitərəfli dialoqa vətəndaş cəmiyyətinin birbaşa cəlb olunması ilə sülh prosesində yeni mərhələni ifadə edir. Səfər zamanı qarşılıqlı anlaşmanın inkişafı və mümkün birgə layihələrin müzakirəsi aparılıb, media əməkdaşlığının gücləndirilməsi və ekspertlər arasında birbaşa əlaqələrin qurulması barədə razılıqlar əldə olunub", - o qeyd edib.

 

Qeyd edək ki, noyabrın 21-22-də "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutub.

Избранный
14
1
modern.az

10Источники