RU

Paşinyandan referendum MESAJI: "Bu, yeni Konstitusiyada öz əksini tapmalıdır"

"Mən daxili legitimliyimizi möhkəmləndirməyi fundamental məsələ hesab edirəm".

Publika.az xəbər verir ki, bunu Ermənistanın Baş nazii Nikol Paşinyan noyabrın 22-də siyasi elita ilə qapalı görüşdə deyib.

O, dövlət qulluqçuları qarşısında çıxışında beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü müdafiə etmək hüququndan, yeni Konstitusiyanın qəbulunun zəruriliyindən danışıb.

"Silah və texnika əldə etmək və müdafiə texnologiyalarına çıxış imkanları eksponent olaraq artır. Mən daxili legitimliyimizi gücləndirməyi fundamental məsələ hesab edirəm ki, bu da yeni Konstitusiyanın qəbulunda öz əksini tapmalıdır", - Paşinyan qeyd edib.

Избранный
30
5
publika.az

10Источники