İspaniya La Liqasının 13-cü turunda “Barselona” evdə “Atletik Bilbao”nu 4:0 hesabı ilə məğlub edtib.
İdman.Biz bildirir ki, yenilənmiş “Kamp Nou”da 909 gündən sonra keçirilən ilk oyun olub.
Kataloniyalılarda Ferran Torres iki qol vurub (45+3 və 90+1). Robert Levandovski (4) və Fermin Lopes (48) isə hərəyə bir qol vurdular.
“Barselona” (31 xal) “Real Madrid”i (31) keçərək La Liqa turnir cədvəlinə başçılıq etdi, lakin “Madrid”in ehtiyatda bir oyunu var.
“Atletik” (17) turnir cədvəlində səkkizinci yerə düşüb.