RU

Bakıda daha bir binada yanğın baş verib

Binəqədi rayonu, Mehdiabad qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
ONN media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının yeddimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.
Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 61 kv.m olan ikiotaqlı mənzilin 1 otağının ev əşyaları 10 kv.m sahədə yanıb. Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib.
Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 1-i azyaşlı olmaqla 5 nəfər bina sakini təxliyə olunub.
Избранный
266
49
onn.az

10Источники