İngiltərə Premyer Liqasının XII turunda “Bernli” öz meydanında “Çelsi”ni qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, “Turf Mur” stadionunda keçirilən qarşılaşma London klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Çelsi”nin qollarını 37-ci dəqiqədə Pedru Netu, 88-ci dəqiqədə isə Enso Fernandes vurub.
Bu nəticədən sonra “Bernli” 10 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. London təmsilçisi isə xallarını 23-ə çatdıraraq ikinci yerdə möhkəmlənib.
Növbəti turda “Bernli” 29 noyabrda səfərdə “Brentford”la qarşılaşacaq. “Çelsi” isə 30 noyabrda doğma meydanda “Arsenal”ı qəbul edəcək.