RU

ABŞ ni Cenevrə danışıqlarında Rubio və Uitkoff təmsil edəcəklər

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ dövlət katibi Marko Rubio və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Vaşinqtonun Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün təklif etdiyi sülh planını müzakirə etmək üçün noyabrın 23-də Cenevrədə keçiriləcək danışıqlarda iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə amerikalı rəsmiyə istinadən "CNN" məlumat yayıb.

Danışıqların məqsədi Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında gözlənilən görüşdən əvvəl mətnin razılaşdırılmaqdır. ABŞ-nin ordu naziri Daniel Driskoll artıq Cenevrəyə gəlib. O, sülh üçün mümkün yolları müzakirə edəcək komandaya rəhbərlik edir.

Daha əvvəl xalqa müraciətində Zelenski Kiyevin çətin seçim qarşısında olduğunu vurğulayaraq, gələn həftənin Ukrayna üçün "çox gərgin" olacağını bildirmişdi. Rusiya lideri Vladimir Putin Moskvanın sənədi müzakirə etməyə hazır olduğunu açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
46
3
azpolitika.info

4Источники