A Seriyası mövsümünün 12-ci turunda “Fiorentina” və “Yuventus” arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, komandalar “Artemio Franki” stadionunda (Florensiya) oynayıblar.
Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.
İlk hissənin sonlarında, 45+5-ci dəqiqədə “Yuventus”un yarımmüdafiəçisi Filip Kostiç oyunun ilk qolunu vurub. İkinci hissənin əvvəlində, 48-ci dəqiqədə ev sahibi komandanın yarımmüdafiəçisi Rolando Mandraqora hesabı bərabərləşdirib.
Bu matçdan sonra “Fiorentina” altı xala sahibdir və turnir cədvəlində 20-ci yerdədir. 20 xalla “Yuventus” altıncı yerdədir.