Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İngiltərə Premyer Liqasının 12-ci turunun “Nyukasl Yunayted” – “Mançester Siti” oyunu başa çatıb.
İdman.Biz bildirir ki, matç “Nyukasl”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Harvi Barns 63-cü dəqiqədə ev sahibi komandaya üstünlük qazandırıb, Ruben Dias 68-ci dəqiqədə bərabərlik qolunu vurub. Barns 70-ci dəqiqədə ikinci qoluna imza atıb.
Bu oyundan sonra “Nyukasl Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 15 xalla 14-cü, “Mançester Siti” isə 22 xalla üçüncü yerdədir.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.