RU

Qalmaqallı plan Rubiodan gizli hazırlanıbmış

ABŞ-da Ukraynadakı münaqişənin həlli planı üzərində iş uzun müddət Vaşinqton administrasiyasındakı əsas fiqurların iştirakı olmadan aparılıb.

Musavat.com xəbər verir ki, məlumatı "Bloomberg" mənbələrə istinadən yayıb.

Agentliyin mənbələrinə görə, plan ABŞ-ın "əhəmiyyətli qurumlararası kooridnasiyası" olmadan hazırlanıb və "əsas vəzifəli şəxslərə son dəqiqəyə qədər məlumat verilməyib".

Agentliyin mənbələri bildirib ki, ABŞ dövlət katibi Marko Rubio da planın hazırlanmasında iştirak etməyib.

Onlar həmçinin iddia ediblər ki, planı ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill hazırlayıblar.

Musavat.com

Избранный
46
2
musavat.com

10Источники