RU

Kolumbiya prezidenti ABŞ ilə hüquqi mübarizə aparacaq

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Kolumbiya Prezidenti Qustavo Petro ABŞ-nin sanksiya siyahısına daxil edilməsi ilə bağlı məhkəməyə müraciət etməyə hazır olduğunu bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Mənim niyə sanksiya siyahısında olduğumu, cənab Trampın məni niyə narkotacir adlandırdığını, niyə mənə böhtan atdığını izah edə bilmədilər. Mövqeyimdə ardıcıl olduğuma görə danışıqlar üçün vaxt verəcəyəm, amma heç nə olmazsa, ABŞ ilə hüquqi mübarizə aparacağam. Vaxtım olacaq, çünki artıq ölkənin prezidenti olmayacağam", - deyə o bildirib.

Xatırladaq ki, oktyabrın 24-də ABŞ Xəzinədarlığı Petro, onun həyat yoldaşı və oğluna qarşı sanksiyalar tətbiq etmək qərarını açıqlayıb. Daha əvvəl isə ABŞ Prezidenti Donald Tramp kolumbiyalı həmkarını "quldur, narkotacir və pis insan" adlandırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
48
sherg.az

1Источники