RU

Avropa liderləri Ukrayna planını müzakirə etmək üçün Vaşinqtona səfər edə bilərlər

Avropa liderləri gələn həftə ABŞ prezidenti Donald Trampın administrasiyasının Ukraynadakı münaqişənin həlli planını müzakirə etmək üçün Vaşinqtona səfər edə bilərlər.

APA xəbər verir ki, bu barədə “Sky News” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Ciorcia Meloni də daxil olmaqla bir neçə Avropa lideri Trampı sülh planında dəyişiklik etməyə inandırmaq üçün gələn həftənin əvvəlində Vaşinqtona səfər edə bilərlər.

Kanal həmçinin qeyd edib ki, Böyük Britaniyanın baş naziri Kir Starmerin 26 noyabrda Böyük Britaniya hökumətinin büdcə müraciətindən əvvəl ABŞ-a səfər etməsi ehtimalı azdır.

Избранный
67
50
apa.az

10Источники