RU

Lənkəranda iki “Toyota Prius” toqquşdu - Xəsarət alan var - FOTOLAR

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın "Teleqraf"a istinadən verdiyi xəbərə görə, hadisə axşam saatlarında Lənkəran şəhərinin Mirmustafaxan küçəsində qeydə alınıb.

Hərəkətdə olan iki “Toyota Prius” markalı avtomobil toqquşub. Zərbənin gücündən nəqliyyat vasitələrindən biri yol kənarındakı elektrik dirəyinə çırpılaraq aşıb.

Qəza zamanı 2001-ci il təvəllüdlü Tərlan Bəxtiyar oğlu Həsənzadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə çatdırılıb.

Qeyd edilir ki, avtomobilin elektrik dirəyini zədələməsi səbəbindən şəhərin bir hissəsinə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
10
2
avtosfer.az

6Источники