Niderland Eredeviziyasında 13-cü turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün çıxış etdiyi "Volendam" səfərdə "Tvente" ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb..
Kökçü komandası hesabda geri olduğun vaxt - , 73-cü dəqiqədə meydana daxil olub. 86-cı dəqiqədə isə qol ötürməsi verib.
Qeyd edək ki, hazırda "Volendam" 14 xal toplayaraq turnir cədvəlində 13-cü yerdədir