RU

TƏBİB-in Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayı açıqlandı

2025-ci ilin oktyabr ayı ərzində TƏBİB-in “815” Çağrı Mərkəzinə ümumilikdə 13 587 zəng daxil olub.Metbuat.az xəbər verir ki, müraciətlərdən 13 377 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 210 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 72 müraciətlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 68 müraciətlə bağlı məsələ həll edilib, 70 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib. Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.Qeyd edək ki, TƏBİB-in “815” Çağrı Mərkəzi 2022-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında əsas məqsəd daxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası, vətəndaş məmnunluğunun təmin edilməsidir.Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla yanaşı, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi (https://tabib.gov.az/vetendashlar-ucun/elektron-muraciet), eləcə də [email protected] elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər.
Избранный
37
4
metbuat.az

6Источники