RU

İndoneziyada Semeru vulkanı püskürüb, 500-dən çox insan evlərini tərk edib

Bakı, 24 noyabr, AZƏRTAC

İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanı püskürüb, kül sütunu təxminən 2 min metr hündürlüyə qalxıb.

AZƏRTAC İndoneziyanın Antara informasiya agentliyinə istinadla xəbər verir ki, püskürmə 16 dəqiqə 40 saniyə davam edib. Vulkan nəticəsində üç nəfər yaralanıb, 500-dən çox insan evlərini tərk edib.

İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi təxliyə edilənlərin ehtiyaclarını ödəmək üçün çoxlu yardım paketlərinin çatdırıldığını bildirib.

Избранный
68
2
azertag.az

3Источники