RU

Binalarda təhlükəsizlik qaydalarına əməl olunurmu?

Son günlər çoxmərtəbəli binalarda təhlükəsizlik qaydalarına əməl edilməməsi bir ah özünü qabarıq şəkildə göstərir. Noyabrın 21-də Bakı şəhərinin Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın bir neçə nəfərin həyatına son qoyub, çoxlu sayda sakin isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Təhlükəsizlik məslələri üzrə ekspert Elmar Nurəliyev Hit.az-a bildirib ki, çoxmənzilli yaşayış binalarında təhlükəsizlik məsələsi hər zaman ön planda olmalıdır: 

"Binanın zirzəmisində, birinci və ikinci mərtəbələrində fəaliyyət göstərən qeyri-yaşayış obyektləri də istismar zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir. Elektrik şəbəkəsinə, qaz, su təsərrüfatına və ya binanın konstruksiyasına kənar müdaxilə etmək, layihədən kənar dəyişikliklər aparmaq yolverilməzdir. Bu kimi işlər yalnız müvafiq qurumların icazəsi əsasında həyata keçirilməlidir. Siqnalizasiya sistemi, yanğın dolabları, ehtiyat su çəni - binalarda yanğın təhlükəsizliyi ilə bağlı bütün avadanlıqlar hər zaman saz vəziyyətdə olmalıdır". 

Sevinc

Избранный
14
6
hit.az

10Источники