RU

Bu kənd turizm üçün yenidən canlanır: Qarabağın turizm potensialı ARTIRILIR

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Tuğ kəndi çox qədim və tarixi əhəmiyyətli bir yerdir. Qarabağın gözündə yerləşən kənd həm Azıx və Tağlar mağaraları, həm də Alban kilsələri və digər məbədlərlə zəngindir. Məbədlərin çoxluğu və yerləşməsi oranın qədimliyini göstərir. 30 illik işğaldan sonra kəndin azad edilməsi və tarixi irsin bərpası çox vacibdir. Arxeoloji tədqiqatlar göstərir ki, bu ərazinin tarixi 350–400 min il əvvələ gedib çıxır".Bunu Demokrat.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.O, bildirib ki, mağaralar və tarixi abidələr qeyri-adi bir gözəlliyə malikdir və onların qorunması, həmçinin turizm mərkəzi kimi istifadəyə verilməsi təqdirəlayiqdir:"Qarabağın bu bölgəsi zəngin tarixi və mədəni irsi ilə seçilir. Tuxkənd də özünün abidələri, mağaraları və məbədləri ilə xüsusi cazibə yaradır. Kəndin turizm potensialının artırılması, onun inkişaf etdirilməsi və insanlara təqdim edilməsi böyük əhəmiyyət kəsb edir. Sovet dövründə aparılan arxeoloji qazıntılar, fərqli qəbir yerləri və insan skeletlərinin tapılması ərazinin tarixi əhəmiyyətini bir daha göstərir".Ekoloq bildirib ki, bu layihə həm tarixi irsin qorunmasına, həm də bölgənin turizm mərkəzinə çevrilməsinə xidmət edəcək.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
78
demokrat.az

1Источники