RU

Stomatoloq öpüşməyin dişlərə faydasından danışdı

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Öpüş zamanı ağızda tüpürcək ifrazı artır və bu proses ağız sağlamlığına müsbət təsir göstərir.

Milli.Az xəbər verir ki, bunu rusiyalı stomatoloq terapevt Yekaterina Denisova bildirib. Onun sözlərinə görə tüpürcəyin tərkibində kariyesin inkişafına səbəb olan bakteriyalara qarşı təsir göstərən zülallar və fermentlər mövcuddur. Bu maddələr diş üzərində əmələ gələn lövhəni nəzarətdə saxlayır və bununla kariyes riskini azaldır.

"Tüpürcəkdə çoxlu miqdarda antibakterial maddələr var. Bunların arasında laktoferin diqqət çəkir. Bu maddə bakteriyaların çoxalması üçün lazım olan dəmiri bağlayır. Tüpürcəkdə olan digər maddələr də zərərli mikroorqanizmlərin fəaliyyətini zəiflədir. Tüpürcək həmçinin immunoqlobulin A kimi qoruyucu elementlər də daşıyır. Bu elementlər ağız boşluğunda bakteriya və virusların təsirini məhdudlaşdırır".

Denisovanın sözlərinə görə, tüpürcəyin tərkibindəki zülallar diş minasının sabit qalmasına kömək edir. Beləliklə, minanın zədələnməsi və kariyesin ilkin mərhələsi hesab olunan demineralizasiya prosesi zəifləyir. Tüpürcək eyni zamanda diş üzərində qoruyucu təbəqə yaradır və zərərli turşuları neytrallaşdırır. Tüpürcəyin aktiv ifrazı bakteriyaların yuyulmasını sürətləndirir və bu da kariyes riskini aşağı salır.

Stomatoloq bildirib ki, Ekvadorun Santyaqo Universitetində aparılan araşdırmada öpüşdən əvvəl və sonra ağız boşluğunun turşuluq dərəcəsi müqayisə olunub. Nəticələr göstərib ki, öpüş zamanı tüpürcəyin qarışması ağızda turşuluğu azaldır və bu proses hər iki tərəfə müsbət təsir edir. Ekvadorlu mütəxəssislər bu nəticəyə əsaslanaraq bir öpüş üçün qırx saniyənin optimal olduğunu qeyd ediblər. Araşdırmanın məqsədi iki insan arasında tüpürcək mübadiləsinin pH balansını bərpa edib etmədiyini müəyyənləşdirmək olub.

Həkim əlavə edib ki, kariyesi yaradan əsas səbəb bakteriyaların özləri deyil onların yaratdığı turşulardır. Buna görə ağızda turşu və qələvi balansının normal saxlanılması çox vacibdir. Denisova həmçinin qeyd edib ki, öpüşmək istəyən insanlar adətən dişlərini daha diqqətlə fırçalayır və ağız yaxalayıcılarından istifadə edir. Bu da ağız gigiyenasının ümumi səviyyəsini artırır və dişlərin daha sağlam qalmasına şərait yaradır.

Mütəxəssis bildirib ki, tərəflərdən biri və ya hər ikisi göbələk, virus və ya bakteriya mənşəli xəstəlik daşıyırsa öpüşmək məsləhət deyil.

İsmayıl

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
1
news.milli.az

2Источники