RU

Azərbaycan vətəndaşlarının minimum həyat səviyyəsinin təmin edilməsi üçün məbləğ təsdiq edildi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının Qanunu" imzalayıb.

Marja.az xəbər verir ki. ehtiyac meyarının həddi ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib.

Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununu da imzalayıb.

Qanun ilə,  Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği - 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

Bu Qanun da 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

ehtiyac meyarıyaşayış minimumu
Избранный
385
30
marja.az

10Источники