RU

Ferstappen Formula-1 tarixinin ən yaxşı beş pilotunun adlarını sadalayıb

Niderlandlı pilot “Kral yarışları”nın ən yaxşılarının adını çəkdi

“Red Bull” komandasını təmsil edən 28 yaşlı niderlandlı pilot, dördqat “Formula-1” çempionu Maks Ferstappen, “Kral yarışları” tarixində ən yaxşı beş sürücünün adını çəkib.

İdman.Biz Autosport-a istinadla xəbər verir ki, Maks “Kral yarışları”nın ən yaxşılarını belə sıralayıb:

Yeddiqat çempion Lyuis Hemilton (“Ferrari”) və Mixael Şumaxer, beşqat titul sahibi Juan Manuel Fangio, üçqat çempion Ayrton Senna və ikiqat çempion Fernando Alonso (“Aston Martin”).

Maks 2015-ci ildən bəri “Formula-1”də yarışır və “Toro Rosso” ilə debüt edib. O, 2016-cı ildə “Red Bull”a qoşulub və bu müddət ərzində dörd dəfə çempionluq qazanıb.

İdman.Biz

Избранный
89
1
idman.biz

2Источники