RU

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi13 GENERALI İŞDƏN ÇIXARDI

İsrail Müdafiə Qüvvələrinin (IDF-SAXAL) Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bir neçə yüksəkrütbəli zabiti 7 oktyabr 2023-cü ildə Fələstinin radikal HƏMAS hərəkatının ölkənin sərhəd ərazilərinə hücumları ərəfəsində və hücum zamanı buraxdıqları ciddi səhvlərə görə işdən çıxarıb.

 

Məlumatı TASS SAXAL-ın bəyanatına istinadən əsasən yayıb.

 

Məlumata görə, qərar Xüsusi Komitənin araşdırmasından sonra verilib.

 

"Oktyabrın 7-də (2023-cü ildə) SAXAL öz əsas tapşırığını - İsrail dövlətinin dinc əhalisinin qorunması vəzifəsini yerinə yetirə bilmədi. Bu, həmin hadisələr ərəfəsində və hadisələr zamanı qəbul edilən qərarlar və tədbirlərlə əlaqəli ciddi, açıq-aşkar, sistemli bir uğursuzluqdur", - deyə bəyanatda qeyd edilib.

 

Baş Qərargahın qərarları 13 general və SAXAL-ın digər yüksəkrütbəli zabitləri barəsində verilib. Fəaliyyətdə olan və daha əvvəl ehtiyata buraxılan 10 komandir işdən qovulub və ya istefaya göndərilib. Söhbət  əsasən, Baş Qərargah Kəşfiyyat İdarəsinin (AMAN) keçmiş rəisi, general-mayor Aaron Haliv, Baş Qərargah Əməliyyat İdarəsinin keçmiş rəisi, general-mayor Oded Basyuk və Cənub Hərbi Dairəsinin komandanı, general-mayor Yaron Finkelmandan gedir.

 

Daha üç yüksəkrütbəli zabitə töhmət verilib. Bu tədbir hazırkı Hərbi Hava Qüvvələri komandanı general-mayor Tomer Bar, Hərbi Dəniz Qüvvələri komandanı vitse-admiral David Saar Salam və hazırkı AMAN rəhbəri Şlomi Binderə şamil ediləcək. Sonuncu onun vəzifəsindən azad edilməsi barədə ayrıca qərar qəbul edildikdən dərhal sonra istefaya gedəcək.

 

"Bu şəxsi nəticələrdir - tabeçiliyimizdə olanların və İsrailin mülki əhalisinin etimadını gücləndirmək üçün bir ordu olaraq atmalı olduğumuz bərpa və təkmilləşmə prosesində zəruri addımdır. Biz 7 oktyabr hadisələrinin bir daha təkrarlanmamasını təmin etməliyik", - deyə Zamir bildirib.

 

Eyni zamanda, sözügedən əsgərlərin "illərlə ölkənin təhlükəsizliyini təmin etmək üçün çalışmış ən təcrübəli və işinə sadiq" zabitlərdən olduqları vurğulanıb.

 

Oxu.az xatırladır ki, 7 oktyabr 2023-cü ildə Fələstinin HƏMAS hərəkatının silahlı tərəfdarları Qəzza zolağından İsrail ərazisinə soxularaq, sərhədyanı yaşayış məntəqələrinin sakinlərini qətlə yetiriblər və 250-dən çox girov götürüblər. Buna cavab olaraq, İsrail HƏMAS-ın hərbi və siyasi strukturlarını məhv etmək və bütün qaçırılanları azad etmək məqsədilə anklavda hərbi əməliyyata başlayıb.

Избранный
80
26
senzor.az

10Источники